Məlumat Mərkəzi  05.03.10
Asim Mollazadə: “ABŞ öz milli maraqlarına da zərbə vurdu”

“ABŞ Nümayədələr palatasının xarici əlaqələr komitəsinin haqsız və ədalətsiz qərarı tək Türkiyə və Azərbaycana yox, Birləşmiş Ştatların özünün böyük bir bölgədə olan nüfuzuna ciddi zərbədir”.
Bunu Milli.Az xəbər portalına açıqlamasında millət vəkili, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib. Onun sözlərinə görə, Komitənin qərarı ABŞ-ın milli və təhlükəsizlik maraqlarına da zərbə vurmuş olub: “Komitədəki səsvermədən əvvəl çıxış edənlər, öz etirazlarını bildirənlər də oldu. Çox təəssüf ki, Komitənin Kaliforniyadan seçilən sədri Hovard Bermen ədalətsiz qərarın qəbuluna nail oldu. Bu, çox xoşagəlməz bir vəziyyətin yaranmasına səbəb olub. Çünki qəbul edilən qərar Amerikanın bölgədəki müttəfiqlərinə, tərəfdaşlarına qarşı yönəlib. “Erməni soyqırımı”na göstərilən münasibət Amerikanın həm Türkiyə və Azərbaycanla münasibətlərinə xələl gətirir, həm də onun bölgədə apardığı siyasətə, ümumi strategiyaya ziddir”. Millət vəkili inanır ki, Komitənin qərarı Konqresdə təsdiqlənməyəcək.
Asim Mollazadə hesab edir ki, Azərbaycan bu məsələdə Türkiyənin yanında olmalıdır. Onun sözlərinə görə, ABŞ-dakı Türkiyə və Azərbaycan diasporları birgə işləyirlər: “Azərbaycanın Xarici İşlər Nazirliyi də Türkiyənin xarici siyasət idarəsi ilə birgə bəyanatlar verməlidir. Məsələyə Türkiyə və Azərbaycan arasında vahid münasibət formalaşdırılmalı və aparılan siyasət də bu mövqeyə uyğunlaşdırılmalıdır”.

Milli.Az

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Nəzər nöqtəsi
  Konfranslar və Dəyirmi Masalar
  Press-relizlər
  KİV-də bizim barədə
  Fotoqalereya
  Video və musiqi
  Əlaqə
  Forum
  Ümumi Forum
  Intranet
Axtarış