Məlumat Mərkəzi  15.03.10
Asim Mollazadə Türkiyə-İsrail münasibətləri ilə bağlı müzakirələrdə iştirak edib

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İstanbulda «Turkish Policy Quarterly» (Türk Siyasəti Hər Rübdə) dərgisinin və Konrad Adenauer Fondunun təşkilatçılığı ilə keçirilən «Köhnə dostlar, yeni düşmənlər? Türkiyə-İsrail əlaqələri üçün çətin zamanlar» mövzusunda dəyirmi masada iştirak edib.
Partiyanın mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, tədbirdə Türkiyə-İsrail münasibətlərində son zamanlarda yaşanan gərginlik, onun səbəbləri və aradan qaldırılması yolları, kimin iki ölkə arasında vasitəçilik edə biləcəyi ilə bağlı məsələlər müzakirə edilib. 

Asim Mollazadə «İsrailin Təhlükəsizlik Problemi: Azərbaycanla müttəfiqlik region üçün nə ilə nəticələnə bilər?» mövzusunda məruzə edib. Həmçinin diskussiyaların gedişində mövzu ilə bağlı fikirlərini bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Müzakirələrdə Türkiyə və İsrailin qabaqcıl universitetlərinin, ictimai-siyasi təşkilatlarının nümayəndələri, həmçinin medianın aparıcı simaları iştirak edib.  

Milli.Az

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Nəzər nöqtəsi
  Konfranslar və Dəyirmi Masalar
  Press-relizlər
  KİV-də bizim barədə
  Fotoqalereya
  Video və musiqi
  Əlaqə
  Forum
  Ümumi Forum
  Intranet
Axtarış