|
Mən, Cahangirov Eldar Məhərrəm oğlu 1979-cu ildə Bakı şəhərində hərbiçi ailəsində doğulmuşam.
1996-cı ildə 145 saylı orta məktəbi fərqlənmə ilə bitirib, həmin ildə Azəbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuşam. 2000-ci ildə Akademiyanın Politologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildə Dövlət İdarəçilik Akademiyasının Dünya Siyasəti və Beynəlxalq Münasibətlər kafedrasında magistraturaya qəbul olunmuşam. 2002-ci ildə fərqlənmə diplomu ilə oranı bitirmişəm. Həmin ildə Aspiranturaya qəbul olunmuşam və hal-hazırda Dünya Siyasəti və Beynəlxalq Münasibətlər kafedrasında aspirantam. “Qloballaşma və onun müasir beynəlxalq münasibətlərə təsiri” mövzusunda namizədlik dissertasiyası üzərində işləyirəm.
İş təcrübəm:
1996-cı ildən müxtəlif layihələrdə tərcüməçi, sonradan tərcüməçi-sinxronist kimi çalışmışam.
1999-cu ilin noyabr ayından 2003-cü ilin oktyabr ayına qədər G&FİNT şirkətində koordinator vəzifəsində çalışmışam. Üç iri layihənin rəhbəri olmuşam. Layihələr Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Avropa Birliyinin “TACİS” proqramları çərçivəsində həyata keçirilib.
2003-cü ildən 2005-ci ilə qədər Pietro Fiorentini şirkətinin Azərbaycandakı nümayəndəsi vəzifəsində çalışmışam.
Azərbaycan, İngilis, Rus dillərini sərbəst, Türk və İtalyan dillərini orta səviyyədə bilirəm.
Evliyəm, bir qızım var.
|