|
1962-ci il noyabrın 3-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1970-80-ci illərdə Baki şəhəri 109 saylı məktəbdə alıb.
1981-86-cı illərdə Moskva Aviasiya İnstitutunun iqtisadi fakültəsində əyani şöbədə təhsil alıb.
1986-88-ci illərdə Heydər Əliyev adına Neftayırma Zavodunun komsomol təşkilatının katibi vəzifəsində çalışıb.
1988-2000-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanlarında qulluq edib.
2000-2004-cü illərdə AR İqtisadi İnkişaf nazirinin müşaviri vəzifəsində çalışıb.
2004-cü ildən «Trend» Analitik İnformasiya Agentliyinin direktorudur.
|