Partiyanın liderləri  Partiyanın Sədri

Asim Nazim oğlu Mollazadə

Qısa bioqrafiya

Təhsil 1980-1992-ci illər - Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası
Nevrologiya və davranış psixofiziologiyası ixtisası. Tibb elmləri doktoru

İş

1992-ci ilin iyun-dekabr ayları – nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru (Bakı, Azərbaycan)
1993-cü ilin dekabr-aprel ayları – Prezident Aparatının analitik-informasiya şöbəsinin rəhbəri (Bakı, Azərbaycan)
1993-cü ilin aprel-iyul ayları – Prezident Aparatının xarici əlaqələr şöbəsinin rəhbəri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda prezidentin xüsusi nümayəndəsi
1994-cü ilin yanvarından – 2005-ci ilin aprelinədək – Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini
1994-cü ilin fevralından -1998-ci ilədək – Demokratiyanın İnkişafı Fondunun təsisçilərindən biri və vitse-prezidenti
1998-ci ilin mayından etibarən – Azərbaycan Avro-atlantik Mərkəzinin təsisçisi və prezidenti. Mərkəz Azərbaycanın Avro-atlantik strukturlara inteqrasiyası və NATO-nun üzvü olan ölkələrin siyasi dairələri ilə Azərbaycan arasında körpü yaradılması istiqamətində iş aparıb.
Mərkəz regional təhlükəsizlik, Azərbaycanın Avropa İttifaqı, NATO, Avropa Şurası ilə əlaqələrinə, söz azadlığı, qanunvericilikdə islahatlar və sair mövzulara dair beynəlxalq konfranslar və seminarlar təşkil edib.
2000-ci ilin noyabrından 2005-ci ilin noyabrınadək – Milli Məclisin deputatı, Beynəlxalq əlaqələr üzrə parlament komissiyasının üzvü
2001-ci ilin yanvarından 2005-ci ilin noyabrınadək – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü. AŞ PA-nın Yaxın Şərq altkomitəsinin sədri, monitorinq və siyasi komitələrinin üzvü. AŞ PA-nın Belorusiya üzrə məruzəçisi.
2005-ci ilin 4 iyulunda Demokratik İslahatlar Partiyasının təsis qurultayında partiyanın sədri seçilib.

AZERBAYCAN DEMOKRATIK İSLAHATLAR SIYASI PARTIYASI

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Nəzər nöqtəsi
  Konfranslar və Dəyirmi Masalar
  Press-relizlər
  KİV-də bizim barədə
  Fotoqalereya
  Video və musiqi
  Əlaqə
  Forum
  Ümumi Forum
  Intranet
Axtarış